Yuxuyozma

Siz yuxuda nə görmüsünüz?

Siz bilirsiniz ki

Yuxuyozma

Yuxunun sirri əsrlər boyu bəşəriyyəti həyəcanlandırıb. İndiyədək rəngbərəng, ağ-qara, gözəl və çirkin, realist və mistik, qorxunc və mehriban, keçmiş, bu gün və gələcək haqqında sirli görüntülətin açılmamış təbiəti alimlər, mistiklər, psixoloqlar, baxıcılar, ekstrasenslər və sadəcə, cadugər qarılar tərəfindən müxtəlif cür izah edilib. Yuxunun sirri əsrlər boyu bəşəriyyəti həyəcanlandırıb. İndiyədək rəngbərəng, ağ-qara, gözəl və çirkin, realist və mistik, qorxunc və mehriban, keçmiş, bu gün və gələcək haqqında sirli görüntülətin açılmamış təbiəti alimlər, mistiklər, psixoloqlar, baxıcılar, ekstrasenslər və sadəcə, cadugər qarılar tərəfindən müxtəlif cür izah edilib. .

Qədim zamanlardan yuxu ikinci reallıq, başqa təzahür adlandırılıb, yuxularda gündəlik həyatın tapmacalarına cavab axtarılıb, ulu babaların ismarıclarının, keçmiş həyatın sirlərinin şifrəsi açılıb. Lakin ən başlıcası daima yuxularda gələcəyin qabaqcadan xəbər verilməsi axtarılıb. Ən qədim yuxuyozma kitabının yaşı min ildən çoxdur. Bu günədək müxtəlif əsrlərdən, ölkə və sivilizasiyalardan bizə Nostradamusun (eramızın XVI əsri), miss Hassenin və Devid Loffun yuxuyozma kitabları, məşhur psixiatr Ziqmund Freydin, gələcəkdən xəbər verən bolqar Vanqanın (XX əsr) və nəhayət bu gün ən populyar olan Millerin yuxuyozma kitabı bizə qədər gəlib çatıb..

Yuxuların yozulması xalq inancları, məsələn hava ilə əlaqəli olur. Belə ki, yağışlı gecədə yaxşı yozucu tez-tez yuxunu ulu babaların mənəvi irsi ilə əlaqələndirir. Aydın gecədə görülən yuxu isə müalicə, xəstəlikdən sağalmaqla bağlı ola bilər. Doğma evdə görülən yuxu çox vaxt doğma və yaxınlarla, yad evdə isə yuxu görənin özü ilə bağlı olur. Həmçinin, hələ qədimdən hesab edirdilər ki, evindən uzaqda olarkən insan doğmalarının başına gələnləri yuxuda görə bilir.

Sevgiyə aid yuxular bizim canlı olaraq əks cinsin nümayəndələrinə qarşı şüuraltı hisslərimizdən yaranır- bu barədə Freyd dəfələrlə yazıb.Bu gün- 21-ci əsrin əvvəllərində,psixoanalizin baniləri belə qənaətə gəliblər ki, onun öncəgörmələrində həqiqət vardır.Bir az gələcəyə baxsaq, təxmin edə bilərik ki, yeni nəslin nümayəndələrinin yuxuyozmalar kitabında tamamilə yeni sözlər meydana çıxa bilər.Məsələn,mobil telefon, pullar?Bank yaxud bankomat?Prezident? Ola bilsin ki, yuxugörən öz röyalarında şəxsi biznes və yaxud özəl obyekt sahibi olacaq? Bunu zaman göstərəcək,ola bilsin ki, biz nəvaxtsa bugün bizə sirrli, müəmmalı görünən bu söz ehtiyatlarını gələcəkdə yuxu yozma kitablarında rast gələcəyik.

Bu səhifədən istifadə edin və bizim onlayn yuxuyozma kitabımız sizin yuxunuzu yozmağa kömək edəcək.

Bizim pulsuz yuxuyozma kitabımız təkcə instiktivliyinizə nəzər salmağınıza deyil, eləcə də həyatda istənilən sürprizə hazır olmağınıza kömək edəcək.